MİKEYA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Mikeya peyğəmbər Yeşaya peyğəmbərlə bir dövrdə yaşamışdı. O, cənub padşahlığında, Yəhudanın bir kəndində anadan olmuşdu. O, Amos peyğəmbərin şimal padşahlığına çatdırdığı milli fəlakətin eyni şəkildə Yəhudanın da başına gələcəyinə əmin idi. Allah ədalətsizliyə görə xalqı cəzalandıracaqdı. Amma Amosdan fərqli olaraq Mikeyanın peyğəmbərliyində daha aydın, ümidli gələcəyin əlamətləri var. Bu hissələr xüsusilə diqqəti cəlb edir: Rəbbin bütün dünyada əmin-amanlıqla hökmranlıq etməsi (4:1-4), Davud nəslindən böyük hökmdarın gəlməsi və onun bütün millətlərə sülh gətirməsi (5:2-5a) barəsində peyğəmbərlik İsrail peyğəmbərlərinin dediklərinin ümumi nəticəsi kimi 6:8-də yekunlaşdırır:
«Ey insan, Allah sənə yaxşı olanı bildirdi;
Ədalət yaratmaqdan, məhəbbət göstərməyi sevməkdən,
İtaətkarcasına Allahınla bir yol getməkdən başqa
Rəbb səndən nə istəyir ki?»
Kitabın məzmunu:
1:1–3:12 İsrailin günahı
4:1–5:15 Rəbbin bütün dünyada əmin-amanlıqla hökm sürməsi
6:1–7:20 Rəbbin İsrailə xəbərdarlığı və ümid verməsi
1
Samariya və Yerusəlim üçün mərsiyə
* 2Pad. 15:32-38; 2Saln. 27:1-7 * 2Pad. 16:1-20; 2Saln. 28:1-27 * 2Pad. 18:1–20:21; 2Saln. 29:1–32:33 Yəhuda padşahları Yotam, Axaz və Xizqiyanın dövründə Samariya və Yerusəlim barəsində Moreşetli Mikeyaya görüntü ilə Rəbbin bu sözü nazil oldu.
Eşidin, ey bütün xalqlar,
Qulaq asın, yer üzü və orada yaşayanlar!
Qoy Xudavənd Rəbb sizə qarşı müqəddəs məbədindən
Şəhadət etsin.
Budur, Rəbb göylərdəki taxtından enir,
Yer üzünü dağların zirvəsi ilə gəzir.
Od yanında əriyən mum tək önündə dağlar əriyəcək,
Təpələrdən gələn sellər tək yarğanlar açacaq.
 
Bunlar Yaqub övladlarının üsyankarlığına,
İsrail xalqının günahlarına görədir.
Yaqub övladlarının üsyankarlığına görə
Axı kimdir müqəssir? Samariya deyilmi?
Yəhudanın bütpərəstliyinə görə
Axı kimdir təqsirkar? Yerusəlim deyilmi?
«Buna görə Mən Rəbb Samariyanı yerlə yeksan edəcəyəm,
Yerində üzümlük salınacaq.
Daşlarını dərəyə tökəcəyəm,
Təməllərini açıq qoyacağam.
Samariyanın bütün oyma bütləri parça-parça olacaq,
Məbədinə verilən hədiyyələr yandırılacaq,
Bütün heykəllərini dağıdacağam.
Axı bu hədiyyələr fahişəlik haqqı ilə yığılmışdı,* Burada bütpərəst məbədlərində tətbiq olunan mərasim nəzərdə tutulur.
Onlar yenə də fahişələr üçün işlədiləcək».
 
Buna görə Mən Mikeya, ağlayıb göz yaşı axıdacağam,
Ayaqyalın, lüt-üryan dolaşacağam,
Çaqqal kimi ulayacağam,
Bayquş kimi səs salacağam.
Samariyanın yaraları sağalmaz,
Yəhudayadək yayılıb,
Xalqımın darvazalarınadək,
Yerusəlimədək çatıb.
Düşmən Yerusəlimə yaxınlaşır
10 Bunu Qatda bildirməyin,
Önlərində ağlamayın.
Bet-Leafrada Bet-Leafra – ibrani dilində toz evi. toz-torpaqda yuvarlanın.
11 Siz ey Şafir Şafir – ibrani dilində xoş. sakinləri,
Lüt-üryan, xəcalət içində əsarətə gedin!
Saananda§ Saanan – ibrani dilində çıxmaq. yaşayanlar oradan çıxa bilməyəcək.
Bet-Esel əhli yas tutacaq,
Köməyini sizdən çəkəcək.
12 Marot** Marot – ibrani dilində acı. əhalisi xeyir arzulasa da,
Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
13 Ey Lakiş†† Lakiş – ibrani dilində bir dəstə at sözünə oxşayır. sakinləri, atlarınızı
Döyüş arabalarına qoşun
Sion qızını günaha batırdınız,
İsrailin üsyankarlığına bais oldunuz!
14 Buna görə Moreşet-Qata‡‡ Moreşet – ibrani dilində gəlin sözünə oxşayır. cehiz verəcəksiniz,
Akziv§§ Akziv – ibrani dilində aldatmaq. şəhəri İsrail padşahlarını aldadacaq.
15 Ey Mareşa*** Mareşa – ibrani dilində istilaçı. sakinləri,
Rəbb üzərinizə yenə istilaçı gətirəcək,
Adullam mağarasına İsrailin adlı-sanlı adamları sığınacaq.
16 Ey Yəhuda, əziz balalarından ötrü saçını qırx,
Qoy başın kərkəs başı kimi keçəl olsun,
Çünki övladların sürgünə aparılacaq!

*1:1 2Pad. 15:32-38; 2Saln. 27:1-7

*1:1 2Pad. 16:1-20; 2Saln. 28:1-27

*1:1 2Pad. 18:120:21; 2Saln. 29:132:33

*1:7 Burada bütpərəst məbədlərində tətbiq olunan mərasim nəzərdə tutulur.

1:10 Bet-Leafra – ibrani dilində toz evi.

1:11 Şafir – ibrani dilində xoş.

§1:11 Saanan – ibrani dilində çıxmaq.

**1:12 Marot – ibrani dilində acı.

††1:13 Lakiş – ibrani dilində bir dəstə at sözünə oxşayır.

‡‡1:14 Moreşet – ibrani dilində gəlin sözünə oxşayır.

§§1:14 Akziv – ibrani dilində aldatmaq.

***1:15 Mareşa – ibrani dilində istilaçı.