110
Məzmur 110
Davudun məzmuru.
1 * Mat. 22:44; Mark 12:36; Luka 20:42-43; Həv. 2:34-35; 1Kor. 15:25; Ef. 1:18-22; Kol. 3:1; İbr. 1:13; 8:1-2; 10:12-13 Rəbb mənim Ağama dedi:
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur».
2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək,
Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək.
3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq,
Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək.
4 * İbr. 5:6,9-10; 6:20; 7:17,21 Rəbb and içdi, qərarını dəyişməz:
«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən».
5 Xudavənd sənin sağ tərəfindədir,
Qəzəb günündə padşahları qıracaq.
6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək,
O bütün ölkələrin başçılarını əzəcək.
7 Yol kənarında olan vadidən su içəcək,
Buna görə güclənib yüksələcək.