2
Məzmur 2
* Həv. 4:25-26 Nə üçün millətlər belə vurnuxmaya düşür,
Ümmətlər boş şeylər düşünür?
Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və
Onun məsh etdiyinə qarşı birləşir.
Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,
Üstümüzdəki zəncirlərini ataq».
 
Göylərin sakini gülür,
Xudavənd onlara istehza edir.
Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,
Qəzəbi ilə onları dəhşətə gətirəcək.
O deyir: «Mən padşahımı
Müqəddəs dağım Sionda əyləşdirmişəm».
 
* Həv. 13:32-33; İbr. 1:5; 5:5 Rəbbin fərmanını elan edəcəyəm.
Rəbb mənə dedi:
«Sən Mənim oğlumsan,
Mən bu gün sənə Ata oldum.
Məndən istə, onda irs olaraq millətləri,
Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri
Sənə verərəm.
* Vəhy 2:26-28; 12:5; 19:15 Onları dəmir əsa ilə qıracaqsan,
Saxsı qab kimi çilik-çilik edəcəksən».
 
10 İndi, ey şahlar, müdrik olun!
Ey dünya hakimləri, ibrət alın!
11 Rəbdən qorxub Ona xidmət edin,
Həm titrəyin, həm sevinin.
12 Oğulu öpün ki, qəzəblənməsin,
Yoxsa tutduğunuz yolda məhv olarsınız.
Çünki qəzəbi tezliklə alovlanar.
Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!

*2:1 Həv. 4:25-26

*2:7 Həv. 13:32-33; İbr. 1:5; 5:5

*2:9 Vəhy 2:26-28; 12:5; 19:15