11
Rəbbin göndərdiyi od və bildirçinlər
Camaat çəkdiyi sıxıntıdan Rəbbə şikayət etdi. Rəbb bunu eşidəndə qəzəbi alovlandı. Rəbbin odu onların arasında yandı və düşərgə ətrafındakıların bəzilərini məhv etdi. Camaat Musaya fəryad etdi. Musa Rəbbə yalvardı və od söndü. O yerin adı Tavera * Tavera – ibrani dilində yanğın. qoyuldu, çünki onların arasında Rəbbin odu yanırdı.
* 1Kor. 10:6 Xalqın arasında olan alçaq yadellilərin iştahası ifrat dərəcədə artdı. İsrail övladları da yenə ağlayıb dedilər: «Kaş ki yeməyə ətimiz olaydı! Misirdə müftə yediyimiz balıqları, xiyarları, qarpızları, kəvərləri, soğanları və sarımsaqları yadımıza salırıq. Ancaq indi iştahamız küsüb, yeməyə mannadan başqa bir şey görmürük».
* Çıx. 16:31 Manna görünüşcə keşniş toxumu kimi idi, rəngi də mirvari rəngində idi. Camaat dolaşar və onu yığıb dəyirmanda üyüdər yaxud da həvəngdə döyərdilər. Qazanda qaynadaraq kökə düzəldərdilər. Onun dadı zeytun yağı ilə bişirilmiş yeməklərə oxşayırdı. * Çıx. 16:13-15 Manna gecə düşərgə üzərinə düşən şehlə bərabər düşərdi.
10 Musa xalqın, hər ailənin çadırının qarşısında ağlamaqlarını eşitdi və Rəbbin qəzəbi çox alovlandı. Musa da narazı idi. 11 Ona görə Rəbbə dedi: «Sən nə üçün quluna əzab verdin? Sənin gözündə lütf tapmadığım üçün bu xalqın bütün yükünü mənim üzəriməmi qoyursan? 12 Bütün bu xalqa mənmi hamilə olmuşam? Bunları mənmi doğmuşam? Məgər Sən istəyirsən ki, südəmər uşağı gəzdirən dayə kimi atalarına and içib söz verdiyin torpağa onları qucağımda mən aparım? 13 Bütün bu xalqa yedirtmək üçün əti mən haradan tapım? Çünki onlar mənim qarşımda ağlayaraq “bizə ət ver, yeyək” deyirlər. 14 Bu xalqı mən təkbaşına daşıya bilmərəm, çünki bu mənim üçün çox ağırdır. 15 Əgər mənimlə bu cür davranacaqsansa, gözündə lütf tapdımsa, onda nə olar, məni öldür ki, belə əzabı görməyim».
16 Rəbb Musaya dedi: «Mənə xalq arasında rəhbər və mötəbər saydığın İsrail ağsaqqallarından yetmiş nəfər topla. Onları Hüzur çadırına gətir və qoy səninlə dursunlar. 17 Mən enərək orada səninlə danışacağam. Səndə olan Ruhdan götürüb onlara verəcəyəm ki, xalqın yükünü səninlə bərabər çəksinlər. Bununla da bu yükü təkbaşına daşımayacaqsan. 18 Xalqa de ki, sabah üçün özlərini pak etsinlər, çünki ət yeyəcəklər. “Kaş ki ətimiz olaydı! Misirdə halımız yaxşı idi” deyərək bərkdən ağladınız. Bunu Rəbb eşitdi. Ona görə Rəbb sizə ət verəcək, yeyəcəksiniz. 19 Nə bir gün, nə iki gün, nə beş gün, nə on gün, nə də iyirmi gün yeyəcəksiniz. 20 Düz bir ay, burnunuzdan gələnə qədər, iyrənənə qədər yeyəcəksiniz; çünki aranızda olan Rəbbi rədd etdiniz və Onun qarşısında “nə üçün Misirdən çıxdıq?” deyərək ağladınız». 21 Musa dedi: «Arasında olduğum bu xalqda altı yüz min piyada vardır və Sən deyirsən: “Mən onlara bir aylıq yemək üçün ət verəcəyəm”. 22 Bütün qoyun-keçi və mal-qara kəsilərsə, onlar doyarmı? Dənizin bütün balıqları tutularsa, onlar doyarmı?» 23 Rəbb Musaya dedi: «Məgər Rəbbin əli qısaldımı? İndi görəcəksən sənə dediklərim yerinə yetir ya yox».
24 Musa çıxdı və Rəbbin sözünü xalqa çatdırdı. Xalqın ağsaqqallarından yetmiş nəfəri topladı və çadırın ətrafında dayandırdı. 25 Rəbb buludda endi və Musa ilə danışdı. Ondakı Ruhdan götürüb yetmiş nəfər ağsaqqallara verdi; onların üzərinə Ruh çökən zaman peyğəmbərlik etdilər, amma sonra etmədilər.
26 Düşərgədə iki adam qalmışdı, birinin adı Eldad və o birinin adı Medad idi. Onlar yazılan yetmiş nəfər arasında idilər, lakin çadıra getməmişdilər. Ruh onların da üzərinə çökdü və onlar düşərgədə peyğəmbərlik edirdilər. 27 Bir gənc qaçaraq Musaya xəbər verib dedi: «Eldad və Medad düşərgədə peyğəmbərlik edirlər». 28 Gəncliyindən bəri Musanın köməkçisi olan Nun oğlu Yeşua «ağam Musa, onlara qadağan et» deyib fikrini bildirdi. 29 Musa ona cavab verdi: «Sən mənə görəmi qısqanırsan? Kaş Rəbbin bütün xalqı peyğəmbər olaydı və Rəbb onlara Ruhunu verəydi!» 30 Sonra Musa və İsrail ağsaqqalları düşərgəyə qayıtdılar.
31 Rəbb dənizdən bildirçin gətirən bir külək əsdirdi. Külək bildirçinləri düşərgənin hər istiqamətindən bir günlük yol qədər uzaqlığa, yerin üzərindən iki qulac qədər hündürlüyə saldı. 32 Bütün o gün, o gecə və ertəsi gün camaat çıxıb bildirçinləri yığdı. Ən az yığan on xomer yığdı. Bildirçinləri özləri üçün düşərgənin ətrafına sərirdilər. 33 Amma əti hələ dişləri arasında çeynəməmişdən əvvəl xalqa qarşı Rəbbin qəzəbi alovlandı, Rəbb onları şiddətli vəba ilə cəzalandırdı. 34 O yerin adı Qivrot-Hattaava Qivrot-Hattaava – ibrani dilində həsrət qəbirləri. qoyuldu, çünki iştahası başqa yemək çəkənlər orada basdırıldı. 35 Camaat Qivrot-Hattaavadan Xaserota köçüb orada qaldı.

*11:3 Tavera – ibrani dilində yanğın.

*11:4 1Kor. 10:6

*11:7 Çıx. 16:31

*11:9 Çıx. 16:13-15

11:34 Qivrot-Hattaava – ibrani dilində həsrət qəbirləri.