24
Paul vali Feliksin qarşısında
1 Bundan beş gün sonra baş kahin Xananya, bəzi ağsaqqallar və Tertul adlı bir vəkil Qeysəriyyəyə gəlib Pauldan edilən şikayətləri valiyə çatdırdı. 2 Paul çağırılanda Tertul onu ittiham etməyə başladı: «Möhtərəm Feliks, sənin sayəndə uzun müddətdir ki, əmin-amanlıq içində yaşamaqdayıq. Sənin uzaqgörənliyinlə bu millət üçün keçirdiyin islahatları 3 hər yerdə, hər zaman dərin minnətdarlıqla qəbul edirik. 4 Vaxtınızı çox almaq istəmirəm. Rica edirəm, lütfkarlığınla bizi bir qədər dinlə. 5 Bizim gəldiyimiz nəticəyə görə bu kişi dünyanın hər yerində olan Yəhudilər arasında iğtişaşlar salan bir araqarışdırandır. O, Nəsrani* Nəsrani – yəni məsihçi. təriqətinin başçılarındandır. 6 Bu insan hətta məbədi murdarlamağa çalışdı, amma biz onu yaxaladıq. 7-8 Onu† Yaxaladıq. 7-8 Onu – bəzi əlyazmalarda yaxaladıq və bizim Qanunumuza münasib şəkildə mühakimə etmək istədik. 7 Lakin minbaşı Lisiya gəlib böyük güc tətbiq edərək onu bizim əlimizdən alıb sənin yanına göndərdi. 8 Onu ittihamlandıranlara əmr etdi ki, sənin yanına gəlsinlər. Onu. istintaq etsən, bütün bu ittihamlarımızın doğru olduğunu özündən öyrənə bilərsən». 9 Oradakı Yəhudilər də deyilənlərin doğru olduğunu təsdiqləyərək bu işə qoşuldu.
10 Vali Paula işarə verəndə o cavab verdi: «Bilirəm ki, sən neçə illərdir bu millətin hakimisən. Buna görə sənin qarşında özümü müdafiə etməyimə sevinirəm. 11 Sən özün də öyrənə bilərsən ki, ibadət etmək məqsədi ilə Yerusəlimə gedişimdən bu yana sadəcə on iki gün keçib. 12 Bu adamlardan heç biri görməyib ki, mən məbəddə, sinaqoqlarda yaxud şəhərin hansısa bir yerində kiminləsə mübahisə edim və yaxud camaatı təşvişə salım. 13 Bu anda mənə qarşı etdikləri ittihamları sənin hüzurunda sübut edə bilmirlər. 14 Lakin ata-babalarımızın Allahına onların təriqət adlandırdığı İsa yolunun‡ İsa yolunun – hərfi tərcümədə Yolun. ardıcılı olaraq ibadət etdiyimi sənin qarşında iqrar edirəm. Qanunda olan və Peyğəmbərlərin kitablarında yazılan hər şeyə inanıram. 15 Eyni ilə bu adamların qəbul etdikləri kimi həm saleh, həm də saleh olmayan insanların diriləcəyinə dair Allaha ümid bəsləyirəm. 16 Bu məqsədlə mən istər Allah, istərsə də insanların qarşısında hər zaman vicdanımın təmiz olması üçün çalışıram. 17 * Həv. 21:17-28Uzun illərdən sonra millətimə yardım və hədiyyələr vermək üçün Yerusəlimə gəldim. 18 Bununla məşğul olarkən məni məbəddə paklanmış olaraq tapdılar. Ətrafımda nə izdiham, nə də hay-küy var idi. 19 Lakin Asiya vilayətindən bəzi Yəhudilər orada idi. Onlar buraya – sənin hüzuruna gəlməli və məndən şikayətləri varsa, ittihamlarını göstərməlidirlər. 20 Yaxud özləri desinlər ki, Ali Şuranın qarşısında dayandığım vaxt hansı haqsızlığı üzə çıxartdılar. 21 * Həv. 23:6Onların qarşısında dayananda nida edərək belə demişdim və yalnız bunda mənim haqsız olduğumu hesab edə bilərlər: “Bu gün mən ölülərin dirilməsi məsələsinə görə önünüzdə mühakimə olunuram”».
22 İsa yolu§ İsa yolu – hərfi tərcümədə Yol. barədə dəqiq məlumatı olan Feliks bu işi təxirə salıb dedi: «İşiniz barədə minbaşı Lisiya gələndən sonra qərarımı verəcəyəm». 23 Oradakı yüzbaşıya əmr verdi ki, Paulu nəzarət altında saxlasın, lakin sərbəstlik versin və ona xidmət edən dostlarına maneçilik yaratmasın.
24 Bir neçə gün keçəndən sonra vali Feliks Yəhudi arvadı Drusilla ilə birlikdə gəlib Paulu çağırtdırdı və onun Məsih İsaya olan imanından danışdıqlarına qulaq asdı. 25 Paul salehlik, nəfsə hakim olma və gələcək mühakimədən söhbət edəndə Feliks qorxuya düşdü və dedi: «Bəsdir, indi get, imkan olanda yenə səni çağırtdıracağam». 26 Digər tərəfdən də Pauldan** Pauldan – bəzi əlyazmalarda Paulu azad etmək üçün ondan. rüşvət umurdu. Ona görə tez-tez Paulu yanına çağırtdırır və onunla söhbət edirdi.
27 İki il keçəndən sonra Feliks öz vəzifəsini Porki Festə təhvil verdi. Feliks Yəhudilərin rəğbətini qazanmaq üçün Paulu həbsdə qoyub getdi.
*24:5 Nəsrani – yəni məsihçi.
†24:7-8 Yaxaladıq. 7-8 Onu – bəzi əlyazmalarda yaxaladıq və bizim Qanunumuza münasib şəkildə mühakimə etmək istədik. 7 Lakin minbaşı Lisiya gəlib böyük güc tətbiq edərək onu bizim əlimizdən alıb sənin yanına göndərdi. 8 Onu ittihamlandıranlara əmr etdi ki, sənin yanına gəlsinlər. Onu.
‡24:14 İsa yolunun – hərfi tərcümədə Yolun.
§24:22 İsa yolu – hərfi tərcümədə Yol.
**24:26 Pauldan – bəzi əlyazmalarda Paulu azad etmək üçün ondan.