PETERİN İKİNCİ MƏKTUBU
GİRİŞ
«Peterin İkinci Məktubu» ilk məsihçilərə ünvanlanıb. Peter bu məktubda yanlış təlim yayan müəllimlərə və oradan qaynaqlanan mənəviyyatsızlığa qarşı mübarizə aparır. Bu problemlərin cavabı Allahın və Rəbb İsa Məsihin əsl təlimini bilməkdir. Bu təlimi isə İsa Məsihi şəxsən tanıyan və Onun təlimini eşidən adamlar düzgün çatdıra bilərdi.
Müəllif İsa Məsihin zühuru haqqında olan yanlış təlimə görə xüsusən narahatdır. Peterə görə Məsihin zühuru ona görə yubanır ki, «O heç kəsin həlak olmasını istəmir, amma hər kəsin tövbə etməsini istəyir» (3:9).
Kitabın məzmunu:
1:1-21 Salamlama və məsihçinin çağırışı
2:1-22 Yanlış təlim yayanlar barəsində
3:1-13 Rəbbin günü
3:14-18 Öyüd-nəsihətlər
1
İsa Məsihin qulu və həvarisi mən Şimon Peterdən Allahımız və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə bərabər qiymətli iman əldə etmiş olanlara salam! Allahı və Rəbbimiz İsanı tanıdıqca lütf və sülh sizə bol-bol verilsin!
İlahi çağırış
Bizi Öz izzəti və alicənablığına Çağıranın ilahi gücü Onu tanımağımız vasitəsilə yaşamağımız və mömin olmağımız üçün lazım gələn hər şeyi bizə bəxş etdi. Beləliklə, O bizə çox böyük və dəyərli vədlər verdi ki, bunlar vasitəsilə ehtirasın nəticəsi olan dünyadakı pozğunluqdan qaçıb ilahi təbiətə şərik olasınız. Elə buna görə də siz bütün səylə imanınıza alicənablıq, alicənablığınıza bilik, biliyinizə nəfsə hakim olmaq, nəfsə hakim olmağınıza dözüm, dözümünüzə möminlik, möminliyinizə qardaşlıq sevgisi və qardaşlıq sevgisinə məhəbbət əlavə edin. Çünki əgər bunlar sizdə varsa və artırsa, sizi Rəbbimiz İsa Məsihi tanımaqda fəaliyyətsiz və səmərəsiz olmaqdan qoruyacaq. Bunlar kimdə yoxdursa, o kordur, uzağı görə bilməz və əvvəlki günahlarından təmizləndiyini unutmuşdur. 10 Beləliklə, ey qardaşlar, çağırıldığınızı və seçildiyinizi təsdiq etmək üçün daha da səy göstərin. Çünki əgər bunu etsəniz, heç vaxt büdrəməzsiniz. 11 Beləcə Rəbbimiz və Xilaskarımız İsa Məsihin əbədi Padşahlığına girmək səlahiyyəti sizə bol-bol ehsan ediləcək.
12 Ona görə də bunları bilsəniz və sahib olduğunuz həqiqətlə möhkəm dursanız da, daima bunları sizə xatırladıram. 13 Bu bədəndə yaşadığım müddətdə xatırlatmaqla sizi oyandırmağı doğru hesab edirəm. 14  * Yəh. 21:18Çünki Rəbbimiz İsa Məsihin mənə bildirdiyi kimi, bu bədəndən ayrılmağımın yaxın olduğunu bilirəm. 15 Buna görə də çalışıram ki, mən bu dünyadan köçdükdən sonra da siz bunları həmişə yada salasınız.
Məsihin izzəti və peyğəmbərlik sözü
16 Rəbbimiz İsa Məsihin qüdrətini və zühurunu sizə bildirərkən uydurma əfsanələrə əsaslanmadıq. Amma öz gözümüzlə Onun ululuğunun şahidləri olduq. 17  * Mat. 17:1-5; Mark 9:2-7; Luka 9:28-35Çünki Böyük Ehtişamı Olandan Ona belə bir səs gəldi: «Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam». O vaxt Ata Allahdan izzət və şərəf qəbul etdi. 18 Müqəddəs dağda Onunla birgə olduğumuz üçün göydən gələn bu səsi biz də eşitdik.
19 Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz. 20 Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz. 21 Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi.* İnsanlar Allahdan gələn sözləri söylədi – bəzi əlyazmalarda Allahın müqəddəs insanları danışırdılar.

*1:14 Yəh. 21:18

*1:17 Mat. 17:1-5; Mark 9:2-7; Luka 9:28-35

*1:21 İnsanlar Allahdan gələn sözləri söylədi – bəzi əlyazmalarda Allahın müqəddəs insanları danışırdılar.