6
Buna görə Allahla birgə işləyən bizlər rica edirik ki, Onun lütfünü boş yerə qəbul etməyəsiniz. * Yeş. 49:8Çünki O deyir:
«Münasib vaxtda səni eşitdim,
Xilas günü sənə kömək etdim».
Budur, indi münasib vaxt, budur, indi xilas günü.
Paul dara düşəndə
Xidmətimiz etibardan düşməsin deyə heç kimi büdrədən bir şey etmirik. * Həv. 16:23Əksinə, Allahın xidmətçisi olaraq hər şeydə özümüz barədə zəmanət veririk; hədsiz dözümdə, əziyyətlərdə, ehtiyaclarda, sıxıntılarda, döyüləndə, həbslərdə, qarışıqlıqlarda, zəhmətdə, yuxusuz qalanda, aclıqlarda, pak yaşayanda, bilikdə, səbirdə, xeyirxahlıqda, Müqəddəs Ruhda, riyasız məhəbbətdə, həqiqəti elan edəndə, Allahın qüvvəsində, həm sağ, həm də sol əllərimizdə salehlik silahları ilə, gah ucalıb gah alçalaraq təhqir olunanda, təriflənəndə özümüz özümüzə zamin dururuq. Bizi yalançı sayırlar, amma biz doğruçuyuq. Sanki naməlumuq, amma tanınırıq. Elə bil ölümün ağzındayıq, amma hələ yaşayırıq. Elə bil cəza çəkirik, amma öldürülmürük. 10 Sanki kədər içindəyik, əslində həmişə sevinirik. Yoxsul sayılırıq, amma çoxlarını varlandırırıq. Elə bil heç nəyimiz yoxdur, amma hər şeyə sahibik.
11 Ey Korinflilər, sizinlə açıq danışırıq, sizə ürəyimizi açmışıq. 12 Bizimlə yaxın münasibətinizə mane olan biz deyilik, bu maneə sizin daxili hisslərinizdədir. 13 Buna cavab olaraq, sizə övladlarım kimi deyirəm: siz də ürəyinizi açın.
Allahın məbədi
14 İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salehliklə qanunsuzluğun nə şərikliyi var? İşıqla qaranlığın ortaq nəyi var? 15 Məsihlə Belialın* Belial – yəni Şeytan. nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? 16  * Lev. 26:12; Yez. 37:27; 1Kor. 3:16; 6:19; Vəhy 21:3Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki Allah demişdi:
«Mən aralarında yaşayıb-dolanacağam,
Onların Allahı olacağam,
Onlar da Mənim xalqım olacaq».
17  * Yeş. 52:11; Yez. 20:34,41Ona görə «aralarından çıxıb ayrılın»
Rəbb belə deyir,
«Murdar şeylərə toxunmayın»;
«Mən də sizi qəbul edəcəyəm».
18  * 2Şam. 7:14; 1Saln. 17:13; Yeş. 43:5-7; Yer. 31:9«Mən sizə Ata olacağam,
Siz də Mənə oğullar və qızlar olacaqsınız»
Külli-İxtiyar Rəbb belə deyir.

*6:2 Yeş. 49:8

*6:4 Həv. 16:23

*6:15 Belial – yəni Şeytan.

*6:16 Lev. 26:12; Yez. 37:27; 1Kor. 3:16; 6:19; Vəhy 21:3

*6:17 Yeş. 52:11; Yez. 20:34,41

*6:18 2Şam. 7:14; 1Saln. 17:13; Yeş. 43:5-7; Yer. 31:9