23
* 1Pad. 1:1-40 Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
Levililər və onların vəzifələri
Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
Gerşonun nəslindən: Ladan və Şimey. Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. 10 Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. 11 Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12 Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. 13  * Çıx. 28:1 Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. 14 Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı. 15 Musanın oğulları: Gerşom və Eliezer. 16 Gerşomun ilk oğlu Şevuel. 17 Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. 18 İsharın ilk oğlu Şelomit. 19 Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. 20 Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21 Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. 22 Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar. 23 Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. 24 Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25 Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. 26  * Qanun. 10:8 Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». 27 Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. 28  * Say. 3:5-9 Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, 29 təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, 30 hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, 31 Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. 32 Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.

*23:1 1Pad. 1:1-40

*23:13 Çıx. 28:1

*23:26 Qanun. 10:8

*23:28 Say. 3:5-9